10 ildə neft hasilatı: rəqəmlər necə dəyişib?
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Novator.az Azərbaycanda neft hasilatı göstəricilərinin son illər necə dəyişməsinə nəzər salıb. Energetika Nazirliyinin rəsmi portalında yer alan hesabata görə, 2007-ci ildə Azərbaycan 42,6 milyon ton neft hasil edib. 2008-ci ildə hasilat göstəricisi 44,53 milyon tona, 2009-cu ildə 50,42 milyon tona, 2010-cu ildə 50,79 milyon tona yüksəlib.
2011-ci ildə hasilat aşağı düşüb. Həmin il Azərbaycanda 45,62 milyon ton neft hasil olunub. 2012-ci ilin hasilatı 43,39 milyon ton, 2013-cü ilin hasilatı 43,48 milyon ton göstərilir.
Sonrakı illərin rəsmi rəqəmləri belədir:
2014-cü il – 42,02 milyon ton
2015-ci il – 41,59 milyon ton
2016-cı il – 41,03 milyon ton
2017-ci il – 38,7 milyon ton.
Energetika Nazirliyinin hesabatına əsasən, bu ilin yanvar ayında gündəlik neft hasilatı 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel olub.
Oktyabrın 10-da Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 86,49 dollara təklif edilir. Bu, büdcə qiymətindən 31,49 dollar yuxarı qiymətdir. Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib.
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ixracının 81,5 faizi xam neft və xam neft məhsulları olub.