Aqil Mahmudov həbs olunub
- 09 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Hefteaz.info saytının baş redaktoru Aqil Mahmudov həbs olunub.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin “Amerikanın səsi”nə bidirdiyinə görə, Aqil Mahmudov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Göyçay Rayon Məhkəməsi ona 20 sutka inzibati həbs cəzası kəsib.
Qərar oktyabrın 8-də çıxarılıb.
Hefteaz.info saytı Göyçay rayonunda fəaliyyət göstərir.