“Yeni Müsavat” 6 dəfəyə döndü
- 01 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Oktyabrın 1-dən “Yeni Müsavat” qəzeti yenidən həftədə 6 dəfə çıxmağa başlayıb. Novator.az-ın məlumatına görə, qəzet həftənin birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı günləri işıq üzü görəcək.
“Yeni Müsavat” dövriliyini yay mövsümü ilə əlaqədar azaltmış, iyulun 16-dan bazar ertəsi sayı ixtisar olunmuşdu.