Neft hasilatı ilə bağlı yeni açıqlama
- 12 İyul 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Energetika Nazirliyi neft hasilatı ilə bağlı yeni açıqlama yayıb. Novator.az bildirir ki, hesabata əsasən, iyun ayında Azərbaycanın gündəlik neft hasilatı 792 min barrel olub. Sutkada 622 min barrel xam neft, 53 min barrel kondensat, 12 min barrel neft məhsulları ixrac edildiyi vurğulanır.
Novator.az bildirir ki, Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Gündəlik neft hasilatının yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel olduğu bəyan edilib.