Baş planda ilk addım
- 28 İyun 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Bakı şəhərinin baş planının hazırlanmasına sərəncam verilib. Prezident İlham Əliyevin imzaladığı sənəd baş planın hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsini nəzərdə tutur. Bu məqsədlə 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.