Gömrüyün ayı və beş ayı
- 13 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2018-ci ilin mayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 298 milyon manat daxil olub.
Novator.az bildirir ki, büdcə yanvar ayında Dövlət Gömrük Komitəsindən 226 milyon manat, fevral ayında 219,7 milyon manat, mart ayında 281,2 milyon manat, aprel ayında 300,6 milyon manat almışdı.
Beş ayın ümumi həcmi 1 milyard 325,5 milyon manatdır.
Bu il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 430 milyon manat daxil olması nəzərdə tutulur.