Zakir Həsənov sammitə qatılıb
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
İyunun 6-sı Rusiya Federasiyasının Tuva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib. Xəbəri Mod.gov.az yayıb.
Cari hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu iclasdan əvvəl müdafiə nazirləri Qələbə meydanında Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər, sonra Rusiya Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olublar.
1991-ci ildə yaradılmış MDB-yə Rusiya, Belarus, Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan daxildir.