Məzənnə fərqləri
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Mərkəzi Bank iyunun 6-da ABŞ dollarının məzənnəsini 1,7 manat, Rusiya rublunun kursunu 0,0274 manat hədlərində saxlayıb.
Avro (1,9916 manat), gürcü larisi (0,6942 manat), ingilis funt sterlinqi (2,2779 manat) bahalaşıb.
Dəyər itirən türk lirəsinə isə 0,3701 manat qiymət qoyulub (Məzənnələr).
Novator.az bildirir ki, 2018-ci ildə dolların maksimal rəsmi qiyməti 1,7001 manat olub. Manatı qorumaq üçün Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar-may aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 535,5 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Mərkəzi Bankın valyuta ehtiyatının həcmi iyunun 1-nə 5 milyard 471,4 milyon dollar olub.