İcra başçıları: biri çıxarıldı, biri təyin olundu
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
İyunun 6-da prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Raqub Məmmədov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Novator.az bildirir ki, Binəqədinin əvvəlki icra başçısı Xaləddin İsgəndərov idi. O, bu il mayın 17-də vəzifədən çıxarılıb.
Raqub Məmmədov 1961-ci ildə Ağdamın Xıdırlı kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1983-1986-cı illərdə Ağdamda üzümçülük sovxozunda mühəndis kimi fəaliyyət göstərib.
1986-1987-ci illərdə Ağdam Rayon Komsomol Komitəsində ikinci katib, 1987-1991-ci illərdə birinci katib, 1991-1992-ci illərdə Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləyib. 1993-2014-çü illərdə MTN-də xidmət edib. 16 aprel 2014-cü ildən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı idi. Yeni Azərbaycan Partiyasının üzvüdür.