Bakının küçələrində yenilik
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bakı Nəqliyyat Agentliyi şəhərin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə qoruyucu tumbalar quraşdırmağa başlayıb. AZƏRTAC-a bildirilib ki, birinci mərhələdə 10 min qoruyucu tumbanın quraşdırılması planlaşdırılır.
Qoruyucu tumbalar avtomobil nəqliyyatı vasitələrinin qəza zamanı səkilərə çıxmasının qarşısını almaq və səkilərdə dayanmalarını əngəlləmək üçündür.
Tikinti-quraşdırma işlərinə iyunun 1-dən başlanıb və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.