Bahalıların bahalısı
- 24 May 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualXəbər
Forbes.com ən bahalı şirkətlərin siyahısını açıqlayıb. Siyahıya ABŞ-ın “Apple” firması başçılıq edir. Onun 182,8 milyard dollar dəyərində olduğu bildirilir.
Novator.az-ın məlumatına görə,reytinqin ikinci pilləsində 132,1 milyard dollarla ABŞ-ın “Google” şirkəti gəlir.
İlk üçlüyü 104 milyard dollar dəyərində qiymətləndirilən “Microsoft” şirkəti qapayır.
Ən bahalı firmalar siyahısının ilk onluğunda ABŞ-ın “Facebook” (94,8 milyard dollar), “Amazon” (70,9 milyard dollar), “Koka-Kola” (57,3 milyard dollar) şirkətləri, Cənubi Koreyanın “Samsunq” şirkəti (47,6 milyard dollar), ABŞ-ın “Disney” (47,5 milyard dollar) şirkəti, Yaponiyanın “Toyota” avtomobil korporasiyası (44,7 milyard dollar), ABŞ-ın “AT&T” korporasiyası da (41,9 milyard dollar) yer alır.
Səidə Hüseynova