Sabiq prezidentin cəzası qüvvəyə mindi
- 05 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Braziliya Ali Məhkəməsi sabiq prezident Luis İnasiu Lula da Silvanın həbsinə icazə verib. Novator.az-ın məlumatına görə, qərar aprelin 4-də çıxarılıb.
Keçmiş prezident 2017-ci ilin iyul ayında korrupsiya ittihamı ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu ilin yanvar ayında həbs cəzası 12 il 1 aya qaldırılıb.
Vəkilləri Ali Məhkəməyə şikayət verdiyindən sabiq prezident həbs edilməmişdi.
Luis İnasiu Lula da Silva prezident kürsüsünü 2003-2010-cu illərdə tutub.