Yarımçıq yenilənmə
- 04 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetŞərh
Ötən ilin dekabr ayında Nazirlər Kabinetinin rəsmi portalı Cabmin.gov.az-da dəyişiklik olmuş, struktur və tərkibə aid bölmələr saytdan götürülmüşdü. Qurumun mətbuat xidməti Novator.az-ın sorğusuna cavabında bunu saytda aparılan yenilənmə işləri ilə əsaslandırıb tezliklə bütün bölmələrin əvvəlki qaydada fəaliyyət göstərəcəyini bəyan etmişdi.
Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Əvvəllər kabinetin saytına daxil olaraq mərkəzi icra hakimiyyəti qurumlarının portallarına keçid eləmək, eləcə də hökumət üzvlərinin (baş nazir, onun müavinləri, nazirlər, komitə sədrləri, xidmət və idarə rəisləri) siyahısı ilə tanış olmaq mümkün idi.
Novator.az bildirir ki, bu həftə Cabmin.gov.az portalına “Mərkəzi icra hakimiyyəti orqanları” adlı bölüm əlavə edilib. Bu bölümdə 18 nazirliyin, 9 dövlət komitəsinin, 4 dövlət xidmətinin, 1 idarənin saytına keçid eləmək olar. Ancaq hökumət üzvlərinin siyahısı ilə tanış olmaq yenə mümkün deyil.
Hazırda təhsil naziri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postları boşdur. Onlarsız Nazirlər Kabinetinin 37 üzvü var.