Vergi orqanlarında maaşlar: yeni qərar qəbul edilib
- 04 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Nazirlər Kabineti vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı yeni qərar qəbul edib. Novator.az-ın məlumatına görə, bir qrup işçilərin maaşları dövlət qulluqçularının maaşlarının məbləğlərinə müvafiq qaydada təsdiqlənib.
Qərarda Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri də yer alır.
Digər vəzifələr üzrə maaşları Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla Vergilər Nazirliyi təsdiq etməlidir.