Saç, dırnaq, bəzək qadağası
- 04 Aprel 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Türkmənistanın paytaxtı Aşqabadda dövlət müəssisə və təşkilatlarında çalışan qadınlara dırnaq uzatmaq və rəngləmək, kirpik qoymaq, saçı açıq rəngə boyamaq və zinət əşyaları taxmaq yasaqlanıb.
Novator.az-ın məlumatına görə, martın 1-dən qüvvəyə minən qərarla Türkmənistan gömrüyü açıq rəngli saç boyalarını, habelə saçın rəngini açmaq üçün istifadə olunan maddələri ölkəyə buraxmır. Kiprik və dırnaqların uzadılması üçün istifadə olunan materialların da ölkəyə gətirilməsi yasaqlanıb. Qərar bu tip məhsulların qiymətinin 50% artmasına səbəb olub.
Açıq rəngli saç boyalarının, dırnaq üçün gellərin və bu növ başqa malların satışdan çıxarılacağı da bildirilir.
Səidə Hüseynova