Qonaqlar güldü
- 04 Aprel 2018
- comments
- Novator.az
- Posted in Xəbər
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi start götürüb. Novator.az-ın məlumatına görə, aprelin 3-də keçirilmiş hər iki oyunda qonaqlar üstün gəlib: “Sevilya” – “Bavariya” matçı 1:2, “Yuventus” – “Real” qarşılaşması 0:3 hesabı ilə bitib.
“Barselona” – “Roma” və “Liverpul” – “Mançester Siti” görüşləri bu gün keçiriləcək.
1/4 finalçılar arasında titul sarıdan “Real” liderdir. Komanda 12 dəfə Çempionlar Liqasının qalibi olub.
1955-ci ildə yaradılmış, 1991-1992 mövsümünədək Çempionlar kuboku adlanmış turnirdə “Bavariya”, “Barselona”, “Liverpul” 5 zəfər əldə ediblər. “Yuventus”un 2 titulu var.