Əliyev birinci, Oruc sonuncu…
- 04 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetXəbər
11 aprel prezident seçkisində 8 namizəd yarışır: dövlət başçısı İlham Əliyev, deputatlar Araz Əlizadə, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, siyasətçi Razi Nurullayev.
Qanuna görə, seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir. Novator.az bildirir ki, Seçki Məcəlləsinin tələbinə əsasən, namizədlər bülletenlərdə belə sıralanacaq:
Əliyev İlham Heydər oğlu
Əlizadə Araz Məmməd Mübariz oğlu
Hacıyev Hafiz Ələmdar oğlu
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Quliyev Fərəc İbrahim oğlu
Məmmədov Sərdar Cəlal oğlu
Nurullayev Razi Qulaməli oğlu
Oruc Zahid Məhərrəm oğlu.