Büdcə ayırmaları, təltiflər
- 04 Aprel 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Prezident İlham Əliyev sosial sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının yaradılması məqsədilə 2018-ci ilin dövlət büdcəsindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manatı ayrılır.
Başqa bir sənəd Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi üçün büdcədən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,8 milyon manat ayrılmasını nəzərdə tutur.
Dövlət başçısı iki təltif sərəncamı da verib. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşları İsgəndərov Hümbət Rafiq oğlu, Qasımov Etibar Vilayət oğlu, Məmmədov Füzuli Ziyad oğlu, Səfərov Bəhlul Novruz oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər, Kamran Qılman oğlu Nəzərov isə “Əməkdar mühəndis” fəxri adı alıb. Təltiflər Azərbaycanda avtomobil sənayesinin inkişafında xidmətlərlə əsaslandırılıb.