52 sülhməramlı yola salınıb
- 04 Aprel 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Azərbaycan Ordusunun 52 sülhməramlısı NATO missiyasının tərkibində fəaliyyət göstərmək üçün aprelin 3-də Əfqanıstana yola salınıb. Xəbəri Mod.gov.az yayıb.
Əfqanıstandakı sülhməramlı missiyaya Azərbaycan Ordusu 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda 120 hərbi qulluqçu, 2 hərbi həkimi və 6 qərargah zabiti missiyada iştirak edir.
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti isə aprelin 4-ü və 5-i Moskvada keçiriləcək VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Rəsmi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.