Nazir cəbhə xəttinə baş çəkib
- 06 Mart 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrinə baş çəkiblər. Mod.gov.az-ın 6 mart məlumatına görə, nazir müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.