Valyuta hərraclarının hesabatı
- 02 Fevral 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Dövlət Neft Fondu 2018-ci ilin yanvar ayında keçirilmiş valyuta hərraclarında 299,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat fevralın 2-də yayılıb.
Novator.az bildirir ki, ötən ilin dekabr ayı ilə müqayisədə valyuta satışı 285,7 milyon dollar azalıb. Dekabr hərraclarında Dövlət Neft Fondundan 584,8 milyon ABŞ dolları məbləğində vəsait alınmışdı.
Ümumən 2017-ci ildə fond valyuta hərraclarında 3 milyard 598 milyon dollar satıb.
2017-ci ildə Azərbaycanda dollar 7,06 qəpik ucuzlaşıb. İl ərzində ən aşağı qiymət dekabrda qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət fevralda olub: 1,92 manat.
Dollar 2017-ci il dekabrın 13-dən 1,7001 manata satılır.