Mərkəzi Bankdan yeni göstəricilər
- 02 Fevral 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası ilə bağlı hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, fevralın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 381,2 milyon dollar, pul bazasının həcmi 8 milyard 761,6 milyon manat olub.
Kredit və əmanətlər üzrə də hesabat açıqlanıb. Yanvarın 1-nə kreditlərin məbləği 11 milyard 337,6 milyon manat, əmanətlərin həcmi 7 milyard 561,2 milyon manat göstərilir.