Rusiyalıların 19 faizi qəzetdən imtina edir
- 10 Yanvar 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetXəbər
Hər beş rusiyalıdan biri ənənəvi mətbuatdan tam imtina edib elektron mediaya keçməyə hazırdır. Novator.az xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu göstərir. Sorğuya qatılanların 19%-i elektron mediaya tam keçidə tərəfdar olduğunu bəyan edib.
2017-ci il oktyabrın 23-24-də 1200 respondent arasında telefonla keçirilən sorğuya əsasən, son 4 ildə əhali informasiya mənbəyi kimi daha çox mətbuatın elektron versiyasından yararlanır. 2013-cü ildə internet mediasından istifadə edən respondentlər 29% olub, 2017-ci ildə isə 47%-ə çatıb.
2017-ci ilə olan məlumata əsasən, respondentlərin 46%-i məqaləni çap versiyasında oxumağa üstünlük verir. Dörd il əvvəl belə respondentlər 58% idi.
Sorğu göstərir ki, Rusiyada 25-34 yaş arası hər 3 nəfərdən biri (respondentlərin 35%-i), habelə Moskva və Sankt-Peterburq şəhərləri sakinlərinin 34%-i onlayn media versiyasına tam keçməyə hazırdır.
Nəticələr göstərir ki, elektron media daha çox cavanlar (18-34 yaşlı respondentlərin 70-74%-i), həmçinin moskvalılar və peterburqlular (58%) arasında populyardır.
Səidə Hüseynova