Həm yüksəliş, həm eniş, həm sabitlik
- 08 Yanvar 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Mərkəzi Bank yanvarın 8-də Rusiya rublunun məzənnəsini 0,0299 manata qaldırıb. Gürcü larisi (0,6566 manat) və türk lirəsi də (0,455) bahalaşıb.
Novator.az-ın məlumatına görə, avro 2,0445 manata düşüb.
ABŞ dolları isə yenə banklara 1,7001 manata təklif olunur. Bu rəsmi kurs 2017-ci il dekabrın 13-dən dəyişmir (Məzənnələr).
2017-ci ildə dollar 1,7707 manatla start götürüb, 12 ayı 1,7001 manatla başa vurub. İl ərzində ən aşağı rəsmi qiymət 1,7 manat, ən yuxarı rəsmi qiymət 1,92 manat olub.