Bakıda beynəlxalq konfrans
- 21 Dekabr 2017
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Dekabrın 21-i Bakıdakı Heydər Əliyev Mərkəzində “2017 – islam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzulu beynəlxalq konfrans başlayıb. Prezident İlham Əliyev konfransın açılış mərasimində çıxış edib.
AZƏRTAC-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi konfransa 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri qatılıb.