Müsavatçılar 6 şəhərdə aksiyalar keçirmək qərarına gəlib
- 14 Dekabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) dekabrın 23-də Avropanın bir neçə şəhərində etiraz aksiyaları keçirmək qərarına gəlib.
Qurumun təmsilçilərindən olan Əhməd Cəlaloğlu Bastainfo.com-a deyib ki, aksiyalar həm eyni gündə, həm də eyni saatda keçiriləcək.
Altı şəhərdə təşkil olunacaq aksiyalarda Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələb ediləcək.