Müsavat başqanına yeni müavin təyin olunub
- 12 Dekabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Müsavat Partiyasının başqanı Arif Hacılının dekabrın 12-də imzaladığı sərəncamla Razim Əmiraslanlı başqan müavini vəzifəsinə təyin olunub.
Xəbəri Bastainfo.com partiyanın mətbuat xidmətinə istinadla yayıb.
Razim Əmiraslanlı 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2011-2015-ci illərdə Müsavatın Səbail rayon təşkilatının sədri olub. 2013-cü ildən partiyanın təşkilat şöbəsinin müdiri, 2014-cü ildən Müsavat Divanının üzvüdür.