Qiymətlər hərracda necə artdı?
- 05 Dekabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmlak Məsələləri Dövlət Komitəsinin 5 dekabr hərracında ümumilikdə 15 əmlak özəlləşdirilib. Rəsmi məlumata görə, özəlləşdirilən əmlaklar Ağsuda yerləşən “Ağsu Sənaye İnşaat” ASC və Bakıda yerləşən 14 istifadəsiz qeyri-yaşayış sahəsidir.
Hərracda ən yüksək qiymətə paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi satılıb. Əmlakın ilkin satış qiyməti 20 min manatdan yüksələrək 38 min 700 manata çatıb.
Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə ilkin qiymət 12 min 500 manat qoyulsa da, əmlak 20 min 200 manata sahibini tapıb.