ƏDV-dən azad edilən xammal və materialların siyahısı
- 03 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Prezident İlham Əliyev fərman imzalayaraq idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısını təsdiqləyib. Novator.az-ın məlumatına görə, ƏDV-siz idxal olunacaq xammal və materiallar bunlardır:
– yandırılmış pirit
– alüminium filizləri və konsentratları
– alüminium oksidi, süni korunddan fərqli
– dəmir filizinin birbaşa reduksiya məhsulları
– dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
– qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
– qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri
– sobalarda istifadə olunan elektrodlar – digərləri
– elektroliz qurğuları üçün elektrodlar.