Özəlləşdirmə portalı nə qədər ziyarət olunur?
- 01 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmlak Məsələləri Dövlət Komitəsi Privatization.az özəlləşdirmə portalı ilə bağlı yeni hesabat yayıb. Hesabata görə, 2016-cı ilin avqust ayında istifadəyə verilən portala o vaxtdan 1 milyondan artıq baxış qeydə alınıb.
2017-ci il ərzində portala 665 minə yaxın ziyarətçinin daxil olduğu bildirilir.
Dövlət komitəsi qeyd edir ki, özəlləşdirmə portalına ayda 86 minə yaxın, gündə 3 mindən çox baxış olur. Ziyarətçilərin 67,8%-i portala mobil telefonla, 32,2%-i kompüterlə girir.