Türkiyəyə yeni səfir göndərildi
Prezident İlham Əliyev Xəzər İbrahimi Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edib. Sərəncam oktyabrın 5-də imzalanıb. Novator.az bildirir ki, Xəzər İbrahim 2011-ci ilin martından Azərbaycanın NATO yanında nümayəndəliyinə başçılıq edib, bu il sentyabrın 12-də geri çağırılıb. Öt...
“Qərar mitinq başlayanda qəbul olunacaq”
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 7-də paytaxtda mitinq keçirməyə hazırlaşır. Aksiya saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olacaq. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanı sanksiyalaşdırıb. Milli Şura sentyabrı...
Sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 5-də Xırdalan şəhərində işgüzar forum keçirib. Rəsmi bilgiyə görə, forumda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib və bununla 160-dan çox yeni iş yerinin açılmasına imkan ya...
Nazirliyə müraciətlər azalıb
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 çağrı mərkəzlərinə 10 min 628 müraciət daxil olub. Rəsmi hesabata görə, bu, avqust ayı ilə müqayisədə 10,6 faiz azdır. Müraciətlərin 95,2 faizi sorğu xarakterli olub. Nazirlik bildirir ki, yanvar-sentyabr aylarında çağrı mərkəzləri il...
Eldar Həsənov Kral Akademiyasına üzv seçilib
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilib. Novator.az bildirir ki, məlumatı keçmiş millət vəkili, naşir Əlövsət Ağalarov yayıb. Eldar Hümbət oğlu Həsənov 1955-ci...
Milli Şuranın mitinqi rəsmiləşdi
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqini sanksiyalaşdırıb. Mitinq oktyabrın 7-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçiriləcək. Aksiyanın korrupsiyaya, insan hüquqlarının tapdanm...
Ədəbiyyat üzrə Nobel mükafatı yapon yazıçıya verildi
2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı yapon əsilli Böyük Britaniya yazıçısı Kadzuo İsiquroya verilib. Novator.az xəbər verir ki, qərarı oktyabrın 5-də İsveç Akademiyası açıqlayıb. Akademiya bəyan edib ki, Kadzuo İsiquro əsərlərindəki emosional qüdrətə görə Nobel mükafatına layiq bilinib. Kadzuo...
Vergilər Nazirliyindən “Turan” açıqlaması
Oktyabrın 5-də Vergilər Nazirliyi “Turan” informasiya agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı məlumata (“Turan”ın pulu borca gedəcək ) aydınlıq gətirib. AZƏRTAC-a verilən rəsmi açıqlamada deyilir: “Vergiödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə onların bank hesabla...
Ermənistan parlamenti Rusiya ilə birgə qoşun qrupu sazişini təsdiqlədi
Oktyabrın 5-də Ermənistan parlamenti Rusiya ilə birgə qoşun qrupu haqqında sazişi təsdiqləyib. Novator.az-ın məlumatına görə, 87 deputat sazişin rəsmiləşməsinə səs verib, müxalif “Çıxış” blokundan 7 deputat sənədin əleyhinə çıxıb. Saziş sonradan artırılmaq şərti ilə 5 il qüvvədə olacaq. İki ölkənin ...
Rafiq İsmayıl vəfat edib
Tarix elmləri doktoru, ictimai-siyasi xadim, Müsavat Partiyası Məclisinin üzvü Rafiq İsmayıl oktyabrın 5-də vəfat edib. Novator.az bildirir ki, Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 1964-cü ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şö...
Təhsil Nazirliyi müraciət hesabatı yayıb
Sentyabr ayında Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti: 146) və vətəndaşların qəbulu mərkəzinə ümumilikdə 18 min 790 müraciət daxil olub. Rəsmi hesabata görə, telefon məlumat mərkəzində 12 min 112 zəng qəbul edilib, vətəndaşların qəbulu mərkəzində isə 6 min 678 vətəndaş...
“Turan”ın pulu borca gedəcək
Vergilər Nazirliyi oktyabrın 2-də “Turan” informasiya agentliyinin hesabları olan banklara hesaba girən pulun vergi borcunun ödənilməsi üçün müsadirəsinə göstəriş verib. Qərar agentlik oktyabrın 1-dən işini bərpa edəndən sonra banklara göndərilib. Novator.az bildirir ki, “Turan”a 36 min 547 manat ve...
“Azərbaycan Avropa Şurasını tərk etsə, heç nə dəyişməyəcək”
“Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar”. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə oktyabrın 4-də keçirdiyi görüş...
Prezidentdən yeni Qarabağ bəyanatları
AZƏRTAC prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə 4 oktyabr görüşünün detallarını yayıb. İlham Əliyev giriş nitqində deyib ki, ölkənin qarşısında duran əsas çağı...
Yağış cənub bölgəsində fəsadlar törədib
Son günlər intensiv yağışlar nəticəsində ölkənin cənub bölgəsində bir sıra fərdi yaşayış evi və həyətyanı sahə yağış suları ilə dolub. Çaylarda suyun səviyyəsi artığından sel suları yaşayış məntəqələrində problemlər yaradıb. Əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Astara Rayon İ...
Avroda eniş, rublda artım var
Oktyabrın 5-də avro və Rusiya rublunun rəsmi məzənnələri dəyişib. Novator.az-ın məlumatına görə, avronun kursu 2,0005 manatdan 1,9994 manata düşüb. Rublda isə artım var. Ötən gün banklara 0,0294 manata təklif olunmuş rubl indi 0,0295 manata satılır. Mərkəzi Bank ABŞ dollarının kursunu sabit saxlayıb...
Neft Fondunun büdcəsində nə dəyişdi?
Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2017-ci il büdcəsini dəyişib. Novator.az-ın məlumatına görə, fondun gəlirləri 10 milyard 813 milyon 861,6 min manata, xərcləri 15 milyard 242 milyon 928 min manata qaldırılıb. Yeniliyə əsasən, qaçqınların və məcburi köçkünlərin sosial-mə...
Jurnalist 30 kilo arıqlayıb
Oktyabrın 4-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan jurnalist Əfqan Muxtarlının girov əvəzində ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Məhkəmədə çıxış edən Əfqan Muxtarlı səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılmasını istəyib. Ancaq hakim Şəlalə Həsənova vəsatəti rədd edib. “Az...
Azərbaycanlı fanat: “İstəyirik Kataloniya müstəqillik qazansın”
İspaniyadan ayrılmağa çalışan Kataloniya vilayəti müstəqillik qazansa, futbolda da mühüm hadisələr baş verə bilər. Kataloniyanın mərkəzi şəhərinin dünyaca məşhur futbol klubu olan “Barselona”nın İspaniya çempionatından çıxması mümkündür. 1899-cu ildə yaradılmış “Barselona” klubu 24 dəfə İspaniya çem...
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
“Feysbuk” Elçin Şıxlının doğum günündən xəbər verir. O, “Feysbuk”un mənə dost elədiyi adamlardandı! Bakıda olanda elə bir dostluğum olmayıb onunla, uzaqdan xətrini istəmişəm sadəcə. Qəribədi, Bakıda dostum olmuş nə qədər adam mən bura gələndən sonra daha dostum olmadılar. Onlar başqa, onlardan danış...