Zəlzələ qurbanları artır
- 20 Sentyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Meksikada zəlzələ qurbanları artır. Milli Qəza-Xilasetmə Xidmətinin son açıqlamasına görə, ölənlərin sayı 216-ya çatıb.
Novator.az bildirir ki, sentyabrın 19-da (Bakı vaxtı ilə saat 22:14-də) Meksikanın cənub-şərqində 7,1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca azı 10 silkələnmə qeydə alınıb. 40-dan çox bina dağılıb. 4,6 milyon nəfərin işıqsız qaldığı bildirilir.
Paytaxt Mexikoda fövqəladə vəziyyət elan olunub.