Valyuta ehtiyatı və pul bazası artıb
- 08 Sentyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Sentyabrın 8-də Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası ilə bağlı hesabat yayıb. Novator.az bildirir ki, sentyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 101,2 milyon dollar, pul bazasının həcmi 8 milyard 468,4 milyon manat göstərilir.
Avqustun 1-nə valyuta ehtiyatı 5 milyard 33,1 milyon dollar, pul bazası 8 milyard 332,9 milyon manat həcmində idi.
Bir ayda valyuta ehtiyatında 68,1 milyon dollar, pul bazasında 135,5 milyon manat artım qeydə alınıb.