SU-25 təyyarələri Naxçıvanda təlim uçuşları keçirib
- 23 Avqust 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib (Video). Xəbəri avqustun 23-də Mod.gov.az yayıb.
Modernizə edilmiş SU-25 təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhvi üçün təyin edilib.
SU-25 hücum təyyarəsi döyüşdə sağ qalma və yüksək müdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.
Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer”, “Hava-hava” raketləri daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.