“Qarabağ”a ya moldovalılar, ya da albanlar qismət olur
- 14 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” komandası növbəti mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütlüyünün qalibi ilə qarşılaşa bilər. Novator.az-ın məlumatına görə, bunu üçüncü raundun püşkü müəyyən edib. Püşk iyulun 14-də atılıb.
“Qarabağ” ikinci mərhələdə Gürcüstanın “Samtredia” komandası ilə yarışır. Bakıda keçirilmiş ilk oyunda Azərbaycan klubu üstün gəlib – 5:0.
“Şerif” – “Kukesi” oyunu isə 1:0 hesabı ilə bitib.