Azərbaycan tam heyətlə davam edir
- 07 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
UEFA Avropa Liqasının ilk mərhələsi sona çatıb. Novator.az-ın məlumatına görə, Azərbaycanın “İnter” komandası iyulun 6-sı Bakıda Serbiyanın “Mladost” klubunu 2:0 hesabı ilə məğlub edib. İlk oyunda da üstün olmuş (3:0) “İnter” növbəti raunda adlayıb.
Azərbaycanın digər təmsilçisi “Zirə” səfərdə Lüksemburqun “Differdanj” komandasını üstələyib – 2:1. Bakıdakı oyunda da qalib olmuş (2:0) “Zirə” ikinci mərhələyə vəsiqə alıb.
“İnter” növbəti raundda Lüksemburqun “Fola” klubuna, “Zirə” Rumıniyanın “Astra” komandasına rəqib olub.
Turnirə ikinci mərhələdən qoşulan “Qəbələ” Polşanın “Yaqelloniya” komandası ilə üz-üzə gələcək.