Ərdoğandan zəng
- 07 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan iyulun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Türkiyə prezidenti cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.
İlham Əliyev qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı növbəti hərbi cinayətidir: “Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.
Telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi ilə bağlı məsələyə də toxunulub, Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib.
Novator.az xatırladır ki, iyulun 4-də işğalçı erməni qoşunları Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Düşmən təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva həlak olub, 52 yaşlı Səlminaz Quliyeva isə ağır yaralanıb.