Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 6-da hərrac keçirib. Novator.az rəsmi məlumata istinadla bildirir ki, hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib.
Komitənin xəbərinə görə, dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac istifadəyə verilib. Elektron hərracda ilkin mərhələdə nəqliyyat vasitələri və avadanlıqları, sonrakı dövrlərdə digər əmlakları da özəlləşdirmək mümkün olacaq.