2017-2018 mövsümündə UEFA-nın klub turnirlərində 236 komanda mübarizə aparacaq. Novator.az bildirir ki, 79 komanda Çempionlar Liqasına, 157 komanda Avropa Liqasına vəsiqə alıb.
İspaniya, Almaniya, İngiltərə klub turnirlərinə 7 komanda, İtaliya, Portuqaliya, Fransa 6 komanda, Rusiya, Ukrayna, Belçika, Hollandiya, Türkiyə, İsveçrə, Çexiya, Yunanıstan, Rumıniya 5 komanda ilə çıxır.
Mübarizəyə 4 komanda ilə bu UEFA üzvləri qoşulur: Avstriya, Xorvatiya, Polşa, Kipr, Belarus, İsveç, Norveç, İsrail, Danimarka, Şotlandiya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan, Sloveniya, Slovakiya, Macarıstan, Moldova, İslandiya, Gürcüstan, Finlandiya, Bosniya, Albaniya, Makedoniya, İrlandiya, Latviya, Lüksemburq, Monteneqro, Litva, Şimali İrlandiya, Estoniya, Ermənistan, Farer adaları, Malta, Uels.
Cəbəllütariq, Andorra, San Marino 3 komanda, Kosovo 2 komanda, Lixtenşteyn 1 komanda ilə yarışacaq.
Klub turnirləri iyunun 27-də start götürür. Azərbaycanın “Qarabağ” komandası Çempionlar Liqasında mübarizəyə ikinci seçmə mərhələdən qoşulur. “İnter” və “Zirə” Avropa Liqasına ilk raunddan, “Qəbələ” ikinci mərhələdən başlayır.