İyunun 6-da Ermənistan prezidenti Serj Sərkisyan Nazirlər Kabineti Aparatına yeni rəhbər təyin edib. Bu post icraçı Vaqe Stepanyana həvalə olunub.
Novator.az-ın məlumatına görə, Vaqe Stepanyan əvvəllər “Qazprom-Ermənistan” şirkətinin aparat rəhbərinin müavini olub. Nazirlər Kabineti Aparatı rəhbərinin səlahiyyətlərini ötən aydan icra edirdi.
Ötən ay aparat rəhbərindən nazir statusu alınıb. Əvvəlki hökumətdə Nazirlər Kabineti Aparatının rəhbəri-nazir postunu tutmuş David Arutyunyan hazırda ədliyyə naziridir.