Dövlət Gömrük Komitəsi may ayının hesabatını yayıb. Novator.az bildirir ki, hesabata görə, ötən ay komitənin xətti ilə dövlət büdcəsinə 216 milyon 809,9 min manat gəlib.
Yanvar ayının göstəricisi 173 milyon 962,6 min manat, fevralın göstəricisi 194 milyon 938,9 min manat, martın göstəricisi 202 milyon 177,3 min manat, aprelin göstəricisi 187 milyon 14,6 min olub.