İyunun 6-dək Mərkəzi Seçki Komissiyasına 45 partiya 2016-cı il üzrə illik hesabat təqdim edib (Siyahı).
Partiyalar hər il aprelin 1-dək illik maliyyə hesabatı təqdim etməlidir. Ölkədə dövlət qeydiyyatına alınmış 55 siyasi partiya var. Novator.az bildirir ki, aprelin 4-dək MSK-nın saytında 32 siyasi partiyanın maliyyə hesabatları yer almış, aprelin 13-dək hesabat təqdim edən partiyaların sayı 42-yə, aprelin 19-dək 44-ə çatmışdı. O vaxtdan bəri Vahid Azərbaycan Partiyası da hesabat verib.
10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Tərəqqi Partiyası MSK-ya hesabat təqdim etməyib.