Leysan yağışlar nəticəsində bəzi çaylarda sululuq artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində bəzi çaylarında sululuq artıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyət belədir: mayın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb, Qanıx çayının Əyriçay məntəqəsində 3 8 santimetr artıb.
Mayın 30-da Kür çayının Surra məntəqəsində 8, Şirvanda 10, Salyanda 7, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365, Şirvanda 243, Salyanda 170, Bankədə 177, Araz çayının Novruzlu məntəqəsində isə 75 santimetrdir.