Ermənistan prezidenti Serj Sərkisyan mayın 18-də Karen Karapetyanı yenidən baş nazir təyin edib.

Həmin gün yeni parlament fəaliyyətə başladığı üçün hökumət istefaya gedib. Yeni hökuməti 105 nəfərlik parlamentdə 58 mandatı olan hakim Respublika Partiyası quracaq. Partiya parlamentdə 7 mandatla təmsil olunan Daşnaksütunla koalisiya razılaşması imzalayıb.

Novator.az-ın məlumatına görə, Karen Karapetyan Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının üzvüdür.

1963-cü il avqustun 14-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Stepanakert şəhərində doğulan Karen Karapetyan 1985-ci ildə Yerevan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. İqtisad elmləri doktorudur. Yerevan Dövlət Universitetinin müəllimi olub, uzun illər energetika sahəsində rəhbər vəzifələrdə çalışıb. 2010-2011-ci illərdə Yerevanın meri olub.

O, ötən il sentyabrın 13-də baş nazir postuna gətirilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id