İranda prezident seçkisi gedir

95 0

Mayın 19-u İranda prezident seçkisi keçirilir. Qələbə uğrunda indiki prezident Həsən Ruhani, keçmiş baş prokuror İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşimi Təba, keçmiş mədəniyyət naziri Mustafa Mirsəlim mübarizə aparır.

Novator.az-ın məlumatına görə, 56 milyondan çox seçicinin 63 min 500 seçki məntəqəsində səs vermək hüququ var. 102 ölkədə 310 seçki məntəqəsi də qurulub.

İlk turda qələbə üçün səslərin 50 faizindən çoxunu toplamaq tələb olunur.

Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq seçkisində 4 il müddətinə seçilir. 19 may seçkisi İran İslam Respublikasının yaradıldığı 1979-cu ildən bəri 12-ci prezident seçkisidir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id