Hansı şəbəkələr mənfi enerji verir?

87 0

Böyük Britaniyada Kral Səhiyyə Cəmiyyəti sosial şəbəkələrin istifadəçilərin ovqatına təsiri ilə bağlı sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuya 14-24 yaş arasında 1479 gənc cəlb olunub. Respondentlərdən YouTube, İnstagram, Snapchat, Facebook və Twitter sosial şəbəkələrindən hansının onların səhhətinə və rifahına daha çox ziyan vurduğunu soruşublar.

Sorğu həyəcan, depressiya, tənhalıq, zinhara gəlmə, öz zahiri görünüşündən bədgümanlıq kimi 14 meyara əsaslanıb.

Nəticələr göstərib ki, istifadəçilərin psixoloji durumuna şəkillərlə dolu olan Snapchat və İnstagram şəbəkələri daha çox mənfi təsir edir.

YouTube, Twitter və Facebook-un isə istifadəçilərin psixoloji durumuna müsbət təsir göstərdiyi aşkara çıxıb.

Səidə Hüseynova

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id