Uşaqlar üçün ekoloji laboratoriya: növbəti təlim keçirilib

55 0

İDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə reallaşdırdığı “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın may təlimi ağaclar və fəsillər mövzusuna həsr olunub.

Təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat verilib. Balaca ekoloqlar ağacların insan həyatında rolu, ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə də tanış olublar.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində və interaktiv oyunlarda iştirak ediblər, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” hazırlayıblar. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə birgə ağaclar əkilib və onlara qulluq qaydaları göstərilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id