Nobel mükafatı laureatı Svetlana Alekseyeviçin ölüm xəbəri yalan çıxdı

163 0

Nobel mükafatı laureatı yazıçı Svetlana Alekseyeviçin öldüyü haqda xəbər yalan çıxıb.

Novator.az bildirir ki, xəbəri mayın 18-də Fransanın mədəniyyət naziri Fransuaz Nissen yaymışdı.

Xəbər mediaya çıxandan az sonra Svetlana Alekseyeviç bəyan edib ki, o, sağ-salamatdır.

Svetlana Alekseyeviç rusdilli yazıçıdır. O, 1948-ci ildə qərbi Ukraynada anadan olub. 2000-ci illərdə Avropa ölkələrində yaşayıb. 2013-cü ildən Belarusda yaşayır.

“Müharibənin qeyri-qadın üzü”, “Kəndimi tərk etmişəm”, “Ölümlə ovsunlanmış”, “Çernobl duası: gələcək salnamələri” və başqa məşhur əsərlərin müəllifi olan Svetlana Alekseyeviç Nobel mükafatına 2015-ci ildə layiq görülüb. İsveç Akademiyasının o zamankı bəyanatına görə, xanım yazıçı bu mükafata “nəsrindəki çoxşaxəli səslənişə, iztirab və cəsarəti əbədiləşdirdiyinə görə” layiq bilinib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id