Ermənistan parlamentinə sədr seçildi

93 0

Mayın 18-də Ermənistan parlamentinə sədr seçilib. Novator.az-ın məlumatına görə, bu postu hakim Respublika Partiyasından Ara Babloyan tutub. 100 deputatın qatıldığı gizli səsvermədə Ara Babloyan 88 səs toplayıb. Onun “Çıxış” blokundan rəqibi, İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyanı 12 deputat dəstəkləyib.

Ara Babloyan 1947-ci ildə Yerevanda anadan olub. Tibb elmləri doktorudur. 1991-1997-ci illərdə Ermənistanın səhiyyə naziri olub. Əvvəlki parlamentdə komissiya sədri idi.

Bu il aprelin 2-də keçirilmiş parlament seçkisində Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanıb. Hökumətdə Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb. Sarukyan bloku 31, “Çıxış” bloku 9 mandat əldə edib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id