Əhalinin cins strukturu necə dəyişir?

57 0

Bu il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 9 milyon 829 min 422 nəfər olub. Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. Hər 1000 kişiyə 1006 qadın düşür.

Yanvar-mart aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 34 min 967 (təxminən gündə 389) doğulmuş körpə qeydə alıb.

Yeni doğulanlar arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edib. Hazırda hər 100 doğulan qıza 111 oğlan (bioloji norma 105-107-dir) düşür.

Yanvar-mart aylarında ölkədə 15860 ölüm halı qeydə alınıb.

13305 nikah və 3611 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 635 nəfər gələn və 301 nəfər ölkədən gedən qeydə alıb, miqrasiya saldosu müsbət 334 nəfər təşkil edib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id